[b]Zaur Svanadze razı qalmadı: Yaxşı çıxış etmədik[/b]
06.12.2015 - 21:04
“Baş vermiş faciə ilə bağlı başsağlığı verirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.
Topaz Premyer Liqasının XV turu çərçivəsində “Qarabağ”la qarşılaşan “bankirlər”in çalışdırıcısı minimalhesablı məğlubiyyəti belə şərh edib: “Oyuna gəldikdə, yaxşı çıxış etmədik, ötürmələr qeyri-dəqiq idi. Zədə və cəza probleminə görə oynamayanlar qayıdacaqlar. Sərgilədiyimiz futbolu düzəltməliyik. Biz çox toplar itirdik, mübarizəyə girə bilmirdik. “Qarabağ”la mübarizə aparmasan, nəticə qazanmaq mümkün deyil”.
0
0