“Neftçi”nin bütün kollektivi adından faciə nəticəsində həyatlarını itirmiş ailələrinə başsağlığı vermək istəyirəm. Bütün azərbaycanlılar kimi, biz də kədərliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Ruslan Qurbanov deyib.
O, Günəşli yatağında baş verən faciəyə üzüldüyünü açıqlayıb. Hücumçu qara sarğı və neftçi dəbilqəsi ilə çıxdıqları Topaz Premyer Liqasının XV turunun “Zirə” ilə qarşılaşması haqda fikirlərini açıqlayıb: “Oyuna gəldikdə “Zirə” ilə görüş çətin alındı və qələbə qazan bilmədik. Sevinirəm ki, qol vurdum. Artıq bütün fikirlərimizi “Qəbələ” ilə oyuna yönəltmişik. Qəbələyə yalnız qələbə qazanmaq üçün gedəcəyik”.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan “Neftçi” – “Zirə” oyununda meydan sahiblərinin qoluna Qurbanov imza atıb. Ruslan bu qolla çempionatın bombardirləri siyahısında zirvəyə şərik olub. Hazırda onun, həmçinin Riçard Almeyda (“Qarabağ”) və Aleksey Antonovun (“Qəbələ”) hesabında 6 top var.
Mənbə: neftchipfk.com