[b]İkisi cəzalı, dördü təhlükədə[/b]
07.12.2015 - 14:38
[b]İkisi cəzalı, dördü təhlükədə[/b]

Topaz Premtyer Liqasının XV turunun ilk günü iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, dünən üz-üzə gələn “Xəzər Lənkəran” və “Qəbələ” növbəti tura itki ilə çıxacaq.

 

Sonuncular “Neftçi” ilə qarşılaşmada Elvin Camalovu xidmətindən məhrumdu. İlyas Səfərzadə isə AZAL-la qarşılaşmada cənublulara kömək edə bilməyəcək. Hər iki oyunçu mövsümdə 4-cü sarı vərəqəsini aldığı üçün cəzalı duruma düşüb.

 

4 futbolçu isə cəzanın bir addımlığındadı. Rahil Məmmədov (“Neftçi”), Coşqun Diniyev (“Qarabağ”), Adil Nağıyev 3-cü, Viktor İqbekoyi (hər ikisi “Zirə”) 7-ci xəbərdarlıqla cəzalanıb. Onlar növbəti turda da sarı vərəqə alsa, cəzalı duruma düşəcək.

0