[b]Ramil Diniyev I diviziona göndərildi[/b]
07.12.2015 - 19:25
[b]Ramil Diniyev I diviziona göndərildi[/b]

Futbol üzrə Azərbaycan I Divizionunun XIII turunun sabah keçiriləcək “Bakılı” – “Bakı” oyununun hakimləri bəlli olub. Apasport.az saytının məlumatına görə, Hakimlər Komitəsi bu oyun üçün Ramil Diniyevi təyin edib.

 

Qeyd edək ki, Diniyev Topaz Premyer Liqasının XV turu çərçivəsində dünən baş tutan “Neftçi” – “Zirə” oyununda da iş başında olub.

 

Azərbaycan I divizionu

8 dekabr (çərşənbə axşamı)

14:00. “Bakılı” – “Bakı”

Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, İsgəndər Əliyev, Ramiz Məhərrəmov
Hakim-inspektor: Abdulla  Məmmədov
“İnter Arena”, 4-cü meydança 

0