[b]“Penalti epizodunda hakim haqlı idi” – Samir Abasov[/b]
07.12.2015 - 19:49
[b]“Penalti epizodunda hakim haqlı idi” – Samir Abasov[/b]

“Əsl peşmanlıq hissi var, penalti verildi və biz son dəqiqədə 3 xalı itirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

 

Topaz Premyer Liqasının XV turu çərçivəsində öz meydanında “Kəpəz”lə qarşılaşan “kimyaçılar”ın çalışdırıcısı 2:2 hesablı bərabərliklə bitən oyunu belə şərh edib: “Komandam istəkli, sürətli və inamlı idi. Lakin son anda qələbəni əldən verdik, futbolun pis tərəfi də məhz budur. Oyunun sonlarında verilən penalti epizodunda hakim haqlı idi, mən texniki zonadan gördüm ki, top futbolçumuzun əlinə dəydi. Artırılan 5 dəqiqəni də normal hesab edirəm”.

0