“Çox pis oynadıq və bunun səbəbləri var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov deyib.
Topaz Premyer Liqasının XV turu çərçivəsində AZAL-la qarşılaşan paytaxt təmsilçisinin çalışdırıcısı oyunu belə şərh edib: “Mən futbolçuları qınamıram. Açığı, AZAL ilə oyunu çoxdan gözləyirdik, qələbə qazanmaq istəyirdik. Qələbə şansını dəyərləndirə bilməməyimiz zədəli futbolçuların çoxluğu ilə bağlıdır. Sıx qrafikdə oynayırıq və futbolçuları bərpa etmək çox çətindir. İlk dəqiqələrdə rəqibin yaxşı şansı vardı, oyunu 1 xalla başa vurduğumuza da sevinməliyik. Qarşıda hələ çox oyunlarımız var, sonuncu pillədən qurtulmaq üçün çalışacağıq”.