“Xəzər Lənkəran”ın planları dəyişdi
09.12.2015 - 10:43
“Xəzər Lənkəran”ın planları dəyişdi

Topaz Premyer Liqasının XVI turunun hazırlığını davam etdirən “Xəzər Lənkəran” məşqlərini Lənkərandakı bazasında keçir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, təqvim dəyişikliyi ilə əlaqədar növbəti turun AZAL-la səfər matçını dekabrın 13-də keçirəcək cənublular gündə bir dəfə olmaqla hazırlığı keçirib, dekabrın 12-də paytaxta yola düşəcək.

 

Komandanın zədəli futbolçularından İlyas Səfərzadə, Kazım Kazımlı və Elnur Cəfərovun müalicəsi klubun tibbi korpusunun nəzarəti altında davam etdirilir. Cəzalı duruma düşən İlyas Səfərzadə bu matçda “ağ-yaşıllar”a kömək edə bilməyəcək. Əvəzində cəza müddəti bitən Elşən Rzazadə “təyyarəçilər”lə görüşdə heyətdəki yerini tuta biləcək.

 

Qeyd edək ki, dekabrın 13-də keçiriləcək AZAL – “Xəzər Lənkəran” oyunu saat 15:00-da başlayacaq.

0