[b]“Qarabağ” “qış çempionu” ola biləcəkmi?[/b]
10.12.2015 - 13:06
[b]“Qarabağ” “qış çempionu” ola biləcəkmi?[/b]

Sabah Topaz Premyer Liqasında XVI tura start veriləcək. Apasport.az saytının məlumatına görə, turun ilk günündə 2 qarşılaşma baş tutacaq.

 

Gəncədə baş tutacaq ilk matçda “Kəpəz” “Rəvan”ı qəbul edəcək. Meydan sahibləri 5-ci pillədəki yerini qorumaq və liderlərə yaxınlaşmaq üçün 3 xal qazanmalıdı. 4 turdu qələbəyə həsrət qalan Şahin Diniyevin yetirmələri uğursuz seriyanı autsayderlə matçda qırmaq əzmindədi. Sonuncu pillədən qurtulmaq arzusunda olan paytaxt təmsilçisi isə məğlubiyyətsizlik seriyasını Gəncədə 5-ə çatdırmağa iddialıdı.

 

Son 4 dueldə “Sumqayıt”ı məğlub edə bilməyən “İnter” isə 2-ci pilləni qaytarmaq üçün mübarizə aparacaq. İki pillə irəliləmək üçün bakılılara 3 xal lazımdı. 2 matçdı qola həsrət qalan Zaur Svanadzenin yetirmələri seriyanı evdə qırmalıdı. Sumqayıtlılar isə 5 oyunluq qələbəsizliyi qırsa, 1 pillə irəliləmək imkanı qazanacaq.

 

Bir günlük fasilədən sonra – dekabrın 13-də davam etdiriləcək turun növbəti oyununda turnir cədvəlinin aşağı pillələrində qərarlaşan AZAL-la “Xəzər Lənkəran” görüşəcək. Bakılılar səfərdəki məğlubiyyətin əvəzini çıxaraq, 7-ci pillədəki mövqeyini qorumağa, cənublular isə ən azı 1 addım irəliləməyə çalışacaq. Hər iki komandanın qələbə üçün meydana çıxacağı qarşılaşmada qonaqlar uğursuz seriyanı qırmaq əzmindədi. 4 turdu qola və xala həsrət qalan Yunis Hüseynovun yetirmələri buna Bakıda son qoymalıdı. Əks halda isə Lənkəran klubu sonuncu pilləyə yuvarlanmaq təhlükəsi  ilə üz-üzə qalacaq.

 

Çempionatın iki iddialı komandası Qəbələdə qarşılaşacaq. İkinci pillədəki yerini qorumaq üçün mübarizə aparan eyniadlı komanda “Neftçi”ni qəbul edəcək. Son 7 matçda meydanı qolsuz tərk etməyən qonaqlar I dövrədəki məğlubiyyətini əvəzini çıxıb, liderlərə yaxınlaşmaq arzusundadı. Ardıcıl 4 matçda uduzmayan “Qəbələ” isə seriyasını qələbə ilə davan etdirməyə çalışacaq.

 

Tura mərkəzi oyunla yekun vurulacaq. İlk “üçlük”də qərarlaşanlar – “Qarabağ” və “Zirə” sonuncuların meydanında üz-üzə gələcək. “Qış çempionluğu”nu təmin etmək üçün ağdamlılar debütant üzərində qələbə lazımdı. Düzdü, “Qəbələ” xal itirsə, Qurban Qurbanovun yetirmələri Zirədə meydana ilk yarının qalibi kimi çıxacaq. Paytaxt təmsilçisi isə irəliləmək, ən azı isə mövqeyini qorumaq üçün böyük hesablı məğlubiyyətin əvəzini çıxmalıdı.

 

Topaz Premyer Liqası

XVI tur
11 dekabr (cümə)

14:00. “Kəpəz” – “Rəvan”
Gəncə şəhər stadionu
I dövrədəki oyun: 2:0


16:30. “İnter”  - “Sumqayıt”
“İnter Arena”
I dövrədəki oyun: 1:1


13 dekabr (bazar)
 

15:00. AZAL – “Xəzər Lənkəran”
AZAL Arena

I dövrədəki oyun: 1:3

 

15:30. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu
I dövrədəki oyun: 1:0


18:00. “Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksinin stadionu

I dövrədəki oyun: 1:4

 

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

15

11

2

2

25-9

35

2

Qəbələ 

15

7

6

2

23-10

27

3

Zirə 

15

6

7

2

15-12

25

4

İnter    

15

6

 6

3

12-9

24

5

Kəpəz  

15

5

6

4

17-16 

21

6

Neftçi  

15

5

5

5

17-16

20

7

AZAL   

15

3

4

8

8-17

13

8

Sumqayıt   

15

2

7

6

15-21

13

9

Xəzər L  

15

3

3

9

10-20

12

10

Rəvan 

15

2

4

9

9-21

10

 

Bombardirlər: Aleksey Antonov (“Qəbələ), Riçard Almeyda (“Qarabağ”), Ruslan Qurbanov (“Neftçi”) – 6.

0