Topaz Premyer Liqasında XVI tura start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk günündə 2 qarşılaşma baş tutub.
Gəncədə baş tutan ilk matçda “Kəpəz” “Rəvan”ı qəbul edib. Səfərdə qələbə qazanan meydan sahibləri 5-ci pillədəki yerini qorumaq və liderlərə yaxınlaşmaq üçün 3 xal əldə etmək niyyətində idi. Lakin bakılıların müqavimətini qıra bilməyən "Kəpəz"in qələbəsiz oyunlar seriyası 5-ə yüksəlib. "Rəvan" isə çempionatın son 5 görüşündə məğlub olmasa da, sonuncu pillədən yenə qurtula bilməyib.
Son 4 dueldə “Sumqayıt”ı məğlub edə bilməyən “İnter” bu uğursuz seriyaya son qoyaraq, liderlər qrupunda qalmaq əzmində idi. Lakin “bankirlər” “Sumqayıt” tilsimini yenə qıra bilməyib. Gözlənilmədən matça sürətli başlayan “Sumqayıt” artıq ilk hissədəcə 3 top fərqi ilə önə keçib. Bakılılar ikinci 45 dəqiqədə 2 qol vuraraq, fərqi minimuma endirməsinə baxmayaraq, bərabərlik qolu üçün gücü çatmayıb. Bununla “İnter”in Premyer Liqada qələbəsiz oyunlar seriyası 3-ə çatıbsa, “Sumqayıt” 5 matçdan sonra qalibiyyət sevinci yaşayıb.
Qeyd edək ki, tura dekabrın 13-də baş tutacaq 3 görüşlə yekun vurulacaq.
Topaz Premyer Liqası
XVI tur
11 dekabr (cümə)
“İnter” - “Sumqayıt” - 2:3
Qollar: Yuri Fomenko, 44, Elnur Abdullayev, 52 - Amil Yunanov, 2, 39, Slavik Alxasov, 32
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Nahid Əliyev, Vüqar Bayramov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Xəlil Xəlilov
AFFA nümayəndəsi : Ramiz Abdullayev
Hakim-inspektor: Vüsal Əliyev
“İnter Arena”
I dövrədəki oyun: 1:1
“İnter”: 1. Səlahət Ağayev (k), 5. Denis Silva, 6. Laşa Salukvadze, 8. Nizami Hacıyev, 10. Elnur Abdullayev, 14. Zurab Xizanişvili, 17. Mirsahib Abbasov, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 30. Abbas Hüseynov, 88. Abdulla Abatsiyev
Ehtiyat oyunçular: 79. Georgi Lomaya, 3. Xuan Fransisko, 4. Laşa Kasradze, 12. Ruslan Əmircanov, 15. Stepan Polyak, 18. Mənsur Nəhavəndi, 24. Fuad Bayramov
Baş məşqçi: Zaur Svanadze
“Sumqayıt”: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 8. Nuran Qurbanov, 10. Uğur Pamuk, 13. Murad Ağayev, 18. Aleksandr Çertoqanov, 29. Amil Yunanov, 55. Ağabala Ramazanov
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 9. Mirzağa Hüseynpur, 15. Nodar Məmmədov, 22. Tofiq Mikayılov, 23. Tural Rzayev, 24. Amit Quluzadə, 99. Əli Əlimərdanlı
Baş məşqçi: Samir Abasov
“Kəpəz” – “Rəvan” - 0:0
Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, Rahil Ramazanov, Cavanşir Yusifov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu
I dövrədəki oyun: 2:0
“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 3. Tərlan Quliyev, 15. Azad Kərimov, 13. Şəhriyar Rəhimov, 8. Budaq Nəsirov, 5. Kərim Diniyev, 27. Bəxtiyar Soltanov, 68. Rəşad Eyyubov, 7. Junior Osvaldo, 90. Julien Ebah
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 19. Aleksandr Sitnik, 4. Elvin Cəbrayıllı, 80. Tural Rzayev, 9. Murad Ağakişiyev, 6. Ceyhun Cavadov
Baş məşqçi: Şahin Diniyev
“Rəvan”: 32. Kostyantin Maxnovski, 19. Tural Qürbətov, 7. Elvin Həsənəliyev, 99. Nicat Muxtarov, 2. Ruslan Tağızadə, 16. Orxan Lalayev, 6. Vüqar Bəybalayev, 21. Novruz Məmmədov, 4. Kənan Müslümov, 3. Saşa Yunisoğlu (k), 11. Şeriff Suma
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 86. Fərid Quliyev, 17. Ramazan Abbasov, 15. Ceyhun Abdullayev, 55. Hüseyn Axundov, 39. Əlibəy Məmmədli, 77. Cavad Kazımov
Baş məşqçi: Bəhmən Həsənov
|
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
1 |
Qarabağ |
15 |
11 |
2 |
2 |
25-9 |
35 |
2 |
Qəbələ |
15 |
7 |
6 |
2 |
23-10 |
27 |
3 |
Zirə |
15 |
6 |
7 |
2 |
15-12 |
25 |
4 |
İnter |
16 |
6 |
6 |
4 |
14-12 |
24 |
5 |
Kəpəz |
16 |
5 |
7 |
4 |
17-16 |
22 |
6 |
Neftçi |
15 |
5 |
5 |
5 |
17-16 |
20 |
7 |
Sumqayıt |
16 |
3 |
7 |
6 |
18-23 |
16 |
8 |
AZAL |
15 |
3 |
4 |
8 |
8-17 |
13 |
9 |
Xəzər L. |
15 |
3 |
3 |
9 |
10-20 |
12 |
10 |
Rəvan |
16 |
2 |
5 |
9 |
9-21 |
11 |
Bombardirlər: Aleksey Antonov (“Qəbələ), Riçard Almeyda (“Qarabağ”), Ruslan Qurbanov (“Neftçi”) – 6.