“İnter” – “Sumqayıt” oyununun hakimi dəyişdirildi
11.12.2015 - 14:55
“İnter” – “Sumqayıt” oyununun hakimi dəyişdirildi

Topaz Premyer Liqasının XVI turunun bu gün keçiriləcək “İnter” – “Sumqayıt” görüşünün hakim təyinatlarında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, bu oyuna əlavə köməkçi hakim kimi təyinat alan Rauf Cabbarov qarşılaşmada iştirak edə bilməyəcək.

 

Buna səbəb Rauf Cabbarovun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki işidi.  Elə bu üzdən də “İnter Arena”dakı qarşılaşmada Cabbarovu Xəlil Xəlilov əvəzləyib.

 

 

0