[b]“Kəpəz" “oturmağ”a başladı [/b]
11.12.2015 - 16:59
[b]“Kəpəz" “oturmağ”a başladı [/b]

“Mövsüm ərzində ən zəif oyunlarımızdan birini keçirdik. Çalışacağıq ki, son iki matça yüksək motivasiya ilə çıxaq”. Apasport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

 

Topaz Premyer Liqasının XVI turunun Gəncədə keçirilən açılış oyununda “Kəpəz” “Rəvan”la qolsuz heç-heçə edib.  
 

Matçla bağlı fikirlərini bölüşən Diniyev yorğunluqdan gileylənib: “Qarşımızda inamlı müdafiəyə malik “Rəvan” vardı. İnamlı müdafiəni yarmaq üçün isə sürətli hücumlar lazımdı. Lakin komandada sürət çatışmırdı. Liderlər qrupuna yaxınlaşmaq üçün mütləq qələbə qazanmalı idik. Amma bunu faciə etmək istəmirik, irəli baxmaq lazımdı. Sadəcə, komandanın qol vura bilməməsi məni narahat edir. Bu məqam bir futbolçu ilə bağlı deyil, başqa problemlər var ki, bunu mən yaxşı bilirəm. Komanda artıq “oturub”. Buna səbəb 17 oyunu eyni heyətlə keçirməyimizdi. Komandada yorğunluq və durğunluq hiss olunur. Dəyişiklik etmək imkanlarım olmasa da, çalışacağıq ki, qış fasiləsinə qədər olan son iki oyunu yaxşı nəticələrlə başa vuraq”.
 

“Rəvan”ın çalışdırıcısı Bəhmən Həsənovun isə oyunla bağlı fikirləri belə olub: “Bizim üçün bütün oyunlar, xallar çox önəmlidi. “Kəpəz” keyfiyyətli oyunçulara malik mobil bir komandadı. Lakin mən futbolçulara demişdim ki, şanslarımız bərabərdi. Oyun heç-heçə bitdi və Gəncədə qazanılan 1 xala görə çox şadam. Ağıllı oyun sərgiləyən futbolçulara təşəkkür edirəm. Lazım olan nəticəni qazanıb evə dönürük. Artıq “Kəpəz”lə oyunu unudub, qarşıdakı matçlara hazırlaşacağıq”. 

 

0