[b]“Qələbə qazanmasaydıq dəli olardım” – Samir Abasov[/b]
11.12.2015 - 19:03
[b]“Qələbə qazanmasaydıq dəli olardım” – Samir Abasov[/b]

“Sanki “Kəpəz”lə oyunun davamı idi. “İnter”lə gərgin, maraqlı oyun alındı, azarkeşlər çox qol gördülər”. Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

 

Topaz Premyer Liqasının XVI turu çərçivəsində “İnter”in qonağı olan Sumqayıt“ meydandan 3:2 hesablı qalibiyyətlə ayrılıb.

 

Görüşdən sonra baş tutan mətbuat konfransında fikirlərini bildirən Abbasov həyəcanlı oyun olduğunu söyləyib: “Heç-heçə də edə bilərdik, məğlub da ola bilərdik, böyükhesablı qələbə də qazana bilərdik. Bu hesab da məni razı salır. “Qarabağ” kimi komandanın 1 qol vurub məğlub etdiyi klubu 3 qolla üstələməyimiz sevindiricidi. Heyətdə zədəli oyunçularımız az deyildi, buna baxmayaraq, futbolçularımız can qoydular və qələbə qazandılar. Zaurab Xizanişvili ilə Ağabala Ramazanovun epizoduna gəlincə, konkret danışa bilmirəm. Penaltinin olub-olmadığını deməyə çəkinirəm. Düzdü, mən həmin anda reaksiya verdim. Amma unutmayaq ki, insanın reaksiyası öz istəyinə uyğun olur, mən də lehimizə penalti istəyirdim. Amma epizoda baxdıqdan sonra dediyin bəzən səhv çıxır. Ümumilikdə götürsək, 3:0 hesabı ilə irəlidə olduğumuz oyunda heç-heçə etsəydik və ya məğlub olsaydıq, sadəcə təəssüflənməzdim, dəli olardım”.

0