“Səhvlər üzərində işləmək və güclənmək lazımdı”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.
Topaz Premyer Liqasının XVI turunda autsayderlər zonasında qərarlaşan “Sumqayıt”I qəbul edən “bankirlər” gözlənilmədən meydanı (2:3) məğlub tərk ediblər.
Svanadzenin baş tutan mətbuat konfransında yenilgi şərhi belə olub: “Oyuna pis başladıq və 2-ci dəqiqədə qol buraxdıq, şokdan yeni ayılmışdıq ki, ikinci qolu buraxdıq, daha sonra 3-cü qolu qapımızda gördük. Daha sonra oyuna nəzarət etdik, qollar vurduq. Zədələr bizi çox sıxır. Son məşqdə zədə alan Dieqo Martins də oyunda iştirak edə bilmədi”.