[b]“Rəqibin heyətində yaxşı futbolçular var”[/b] - Kaue
12.12.2015 - 14:20
[b]“Rəqibin heyətində yaxşı futbolçular var”[/b] - Kaue

“Qəbələ” ilə oyun bizim üçün çətin olacaq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Kaue da Silva deyib.

 

Braziliyalı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında Topaz Premyer Liqasının XVI turu çərçivəsində “Qəbələ” ilə sabah keçiriləcək oyun haqda danışıb.

 

Rəqib barədə müsbət fikirlər səsləndirən “sambaçı” qarşılaşmaya ciddi yanaşdıqlarını qeyd edib: “Qəbələ” yaxşı komandadı, Avropa Liqasında çıxış edib. Rəqibin heyətində yaxşı futbolçular var, onlar da bizim kimi çempionatda iddialıdılar. Rəqibə hörmət edirik. Bu qarşılaşmaya ciddi yanaşmalıyıq, çünki səfərdə oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq”.

 

Qeyd edək ki, “Qəbələ” – “Neftçi” görüşü 15:30-da start götürəcək.

 

 

 

 

0