[b]“İnter”in oyununda xanım hakim[/b]
13.12.2015 - 17:19
[b]“İnter”in oyununda xanım hakim[/b]

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışının XVII turuna sabah keçiriləcək “Rəvan” – “İnter” oyunu ilə start veriləcək. Apasport.az saytının məlumatına görə, matçı idarə edəcək hakimlər artıq bəllidir.

 

Qarşılaşma xanımlardan ibarət hakimlər briqadasına həvalə olunub.
 

Əvəzediçilərin yarışı
14 dekabr (bazar ertəsi)

13:00. “Rəvan” – “İnter”

Hakimlər: Venera Kahriç, Ülviyyə Mustafayeva, Maya Nəbiyeva, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Ağarza Rzayev 
“Bayıl Arena”

0