[b]“Belə komanda ilə çempionatı sona çatdırmaq mümkün deyil” – Yunis Hüseynov[/b]
13.12.2015 - 17:49
[b]“Belə komanda ilə çempionatı sona çatdırmaq mümkün deyil” – Yunis Hüseynov[/b]

“Maraqsız, sıxıcı bir oyun alındı. Hər oyundan sonra  eyni sözləri demək məni bezdirir. Mən eyni sözləri təkrar etməkdən bezirəm, amma bəzi oyunçular eyni səhvləri təkrar etməkdən bezmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.

 

Topaz Premyer Liqasının XVI turu çərçivəsində AZAL-la qarşılaşan cənublular minimal hesabla məğlub olublar.

 

Matçdan sonra qarşılaşma haqqında fikirlərini açıqlayan təcrübəli mütəxəssis sözlərini belə davam etdirib: “Hər dəfə fərdi səhvlərdən sonra qollar buraxırıq. Əgər AZAL-ın qol epizodları çox olsaydı, rəqibin üstün futbol sərgilədiyini deyərdim. Sıxıcı, eynisəviyyəli bir matç izlədik. Qələbə AZAL-ın oldu, rəqibi təbrik edirəm. Qış fasiləsi zamanı rəhbərliklə danışacağıq.  Bəzi dəyişikliklər olmalıdır. Belə komanda ilə çempionatı sona çatdırmaq mümkün deyil”.

0