[b]“Bir az rahat nəfəs aldıq” – Tərlan Əhmədov[/b]
13.12.2015 - 17:53
[b]“Bir az rahat nəfəs aldıq” – Tərlan Əhmədov[/b]

“Açığı, futbolçulara söyləmişdim ki, ağır oyuna çıxırıq. Rəqibin heyətindəki gənc oyunçuların çıxışlarını izləmişdim, istəklidirlər. Məqsədimiz 3 xal qazanmaq idi. 3 xalı qazanıb, bir az rahat nəfəs aldıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Tərkan Əhmədov deyib.

 

Topaz Premyer Liqasının XVI turunda “Xəzər Lənkəran”la qarşılaşan AZAL-ın baş məşqçisi 1:0 hesablı qələbəni belə dəyərləndirib: “Komandamda, xüsusən, hücumda problemlər çoxdur. Zədəli oyunçularımız var, Seymur Əsədov üçün isə mövsüm başa çatıb. Bütün bu problemlərin fonunda qarşıdakı iki oyunu da yaxşı nəticələrlə başa vurub, qış fasiləsinə turnir cədvəlinin normal pilləsində getmək istəyirik”. 

0