[b]Roman Qriqorçuk məğlubiyyəti şərh etdi[/b]
13.12.2015 - 18:33
[b]Roman Qriqorçuk məğlubiyyəti şərh etdi[/b]

“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. “Neftçi” layiq olduğu qələbəni qazandı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Topaz Premyer Liqasının XVI turu çərçivəsində öz meydanında “Neftçi” ilə qarşılaşan “qırmızı-qaralar”ın ukraynalı çalışdırıcısı qarşılaşmanı belə şərh edib: “Futbolçularım hücuma keçmək istəyirdilər, amma nəsə alınmırdı. Komanda ikinci dövrədə cəmi 1 qələbə qazanıb, bunu bilirəm. Biz yaxşı futbol sərgiləsək də, nəticə qazana bilmirik. Öncəki turlarda qol vura bilməsək də, aqressiv idik. Amma bu oyun belə deyildi, aqressivlik çatmadı”.

0