[b]“Bu sual çeynənmiş saqqız kimidi” – Əsgər Abdullayev[/b]
13.12.2015 - 18:37
[b]“Bu sual çeynənmiş saqqız kimidi” – Əsgər Abdullayev[/b]

“İki fərqli hissə izlədik. İlk hissədə daha yaxşı futbol oynadıq. Fasilədən sonra düşündük ki, rəqibi əks hücumda tutaq. Amma düşündüklərimizi yerinə yetirə bilmədik.  Buna rəğmən,  qələbə hesabını qoruyub saxlaya bildik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev deyib.

 

Topaz premyer Liqasının XVI turu çərçivəsində səfərdə “Qəbələ”ni məğlub edən “ağ-qaralar”ın çalışdırıcısı oyundan sonra fikirlərini bölüşüb: “Komandada qalıb-qalmayacağımla bağlı sual 1 aydır ki, davam edir. Bu sual çeynənmiş saqqız kimidir. Bilirdim ki, yenə bu sual olacaq. Hər şey Allahın qismətidir. Filyonun əsas heyətdə meydançaya çıxması təsadüfi deyildi. Son məşqlərdə onu daha “diri” gördüm. Başla yaxşı oynamağı bacaran futbolçunu start heyətində meydançaya buraxdım və sevindirici haldır ki, yanılmadım. Zədəli oyunçularımız var. Elşən Abdullayev əməliyyat olunub, Araz Abdullayev isə zədədən yeni qayıdıb. Futbolçular formaya düşdükdən sonra heyətdə rəqabət artacaq. İndiki vəziyyətdə futbolçular özlərinə inanmalıdırlar”.

0