“Çox yaxşı oynadıq, həm hücumda, həm də müdafiədə komanda olaraq əlimizdən gələni etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin müdafiəçisi Filyo Jairo deyib.
Topaz Premyer Liqasının XVI turu çərçivəsində səfərdə “Qəbələ” ilə qarşılaşan “ağ-qaralar”ın 1:0 hesabı ilə qalib gəldiyi oyunda komandanın yeganə qoluna imza atan braziliyalı müdafiəçi fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Bu oyunu sərgiləmək üçün həftəboyu gərgin hazırlaşmışdıq. Gələcəkdə də bu cür çıxışımızı davam etdirməliyik. Əlimizdən gələni edəcəyik ki, digər qarşılaşmaları da udaq. Çünki “Neftçi” yalnız qələbə qazanmaq və birinci yer üçün oynayır".