Topaz Premyer Liqası: 4 futbolçu cəzalı durumda
14.12.2015 - 11:01
Topaz Premyer Liqası: 4 futbolçu cəzalı durumda

Topaz Premyer Liqasının XVI turundan sonra 4 futbolçu cəzalı duruma düşüb. Apasport.az saytının məlumatına görə, sarı vərəqə limitini dolduran Novruz Məmmədov, Şerif Suma (hər ikisi “Rəvan”), Nizami Hacıyev (“İnter”) və Arif Daşdəmirov (“Qəbələ”) növbəti turu buraxacaq.

 

Maraqlıdı ki, bu oyunçulardan üçü eyni qarşılaşmada iştirak etməyəcək. Sabah baş tutacaq “Rəvan” – “İnter” matçını buraxacaq futbolçulardan Novruzla Şerif “Kəpəz”lə qarşılaşmada cəzalı duruma düşüb. Suma 4-cü, Məmmədov ümumilikdə 7-ci vərəqəsini alıb. Sonuncunun vərəqələrindən üçü eyni matça təsadüf edən 2 sarı və qırmızıdı.

 

“Sumqayıt”la matçda xəbərdarlıq alan Nizami də paytaxt derbisini buraxacaq. O da 4-cü dəfə cəzalanıb.

 

“Neftçi” ilə oyunda aldığı sarı vərəqə üzündən cəzalı duruma düşən Daşdəmirov isə turun mərkəzi matçını buraxacaq. O, ilk “üçlük”də qərarlaşanların iştirakı ilə baş tutacaq “Zirə” – “Qəbələ” qarşılaşmasında iştirak etməyəcək.

 

 

0