[b]Prosineçki baş məşqçilərlə görüşür[/b]
14.12.2015 - 13:44
[b]Prosineçki baş məşqçilərlə görüşür[/b]

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Premyer Liqa klublarındakı həmkarlarını qəbul edəcək. Apasport.az saytının məlumatına görə, görüş bu gün saat 14:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

 

Xorvatiyalı mütəxəssislə 10 klubun çalışdırıcıları arasında bir neçə dəqiqə sonra keçiriləcək görüş zamanı komandaların 2015-ci ildəki çıxışı, yerli futbolçuların hazırkı durumu və gələcək perspektivlər müzakirə olunacaq.

 

Qeyd edək ki, Robert Prosineçki ötən ilin dekabr ayından Azərbaycan yığmasını çalışdırır.

0