[b]“Xəzər Lənkəran” yenə xal itirsə...[/b]
14.12.2015 - 16:59
[b]“Xəzər Lənkəran” yenə xal itirsə...[/b]

Sabah Topaz Premyer Liqasında XVII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək turun qarşılaşmaları meydan sahibləri üçün revanş xarakteri daşıyır.

 

Belə ki, baş tutacaq 5 görüşdən dördünün meydan sahibi I dövrədə rəqibinə uduzub. Son 5 çempionat matçında uduzmayan “Rəvan” paytaxt derbisində “İnter”lə qarşılaşacaq. 3 matçda qalib gəlməyən sonuncular autsayderi ikinci dəfə məğlub edərək, “qara zolaq”dan çıxmağa çalışacaq. İstənilən xal itkisi “bankirlər”in geriləməsi ilə nəticələnə bilər. “Rəvan” isə son pillədən qurtulmaq üçün qalib gəlməlidi. 3 xal bakılıları ən azı 2 günlük autsayderlikdən xilas edəcək.

 

Turun ikinci günü “Qarabağ” – “Sumqayıt” matçı ilə start götürəcək. “Qış çempionu”na gözlənilməz məğlubiyyət yaşadan “Gənclik şəhəri” təmsilçisi ev qələbəsinin təsadüf olmadığını səfərdə də sübut etmək niyyətindədi. Son iki qarşılaşmada uduzmayan rəqibləri bu dəfə də meydanı xalla tərk etmək üçün mübarizə aparacaq. Fasiləyə iki tur qalmış mövsümün ilk yarısının qalibi olan Qurban Qurbanovun yetirmələri izləyiciləri ilə xal fərqinin azalmamağı üçün qalib gəlməlidi.

 

Liderin iki ən yaxın izləyicisi turun mərkəzi oyununda görüşəcək. Səfərdə rəqibindən xal alan “Zirə” “Qəbələ”ni qəbul edəcək. Öz meydanında uduzmayan debütant II dövrədə uğursuz çıxış edən “qırmızı-qaralar”ı büdrədərək 2-ci pilləyə yüksəlmək arzusundadı. Əyalət klubu isə mövqeyini əldən verməmək üçün xal əldə etməlidi.

 

Turnir cədvəlinin orta sıralarında qərarlaşan “Kəpəz” liderlərdən uzaq düşməmək üçün növbəti qələbəsini qazanmalıdı. Ardıcıl 3 heç-heçə edən qərblilər 5 turdu xala həsrət “Xəzər Lənkəran”ı n qonağı olacaq. Kubokda rəqibini məğlub edən cənublular I dövrədəki yenilginin revanşını almaq əzmindədi. Çünki xal itkisi “Xəzər Lənkəran”ın durumunu daha da ağırlaşdıra bilər.

 

Tura paytaxt derbisi ilə yekun vurulacaq. Əsgər Abdullayevin baş məşqçi postuna gəlməsindən sonra məğlubiyyət nə olduğunu bilməyən “Neftçi” AZAL-ı qəbul edəcək. Son 3 turda uduzmayan “təyyarəçilər” həmşəhərlilərini növbəti dəfə büdrətmək niyyətindədi. Səfər qələbəsinə həsrət olan AZAL ilk “altılıq”la xal fərqini azaltmaq, “Neftçi” isə 4-cü yeri ələ keçirmək üçün qələbəyə köklənib.

 

Topaz Premyer Liqası

XVII tur

 

15 dekabr

 

20:30. “Rəvan” – “İnter”

“Bayıl Arena”

I dövrədəki oyun: 0:2

 

16 dekabr (çərşənbə)

16:30. “Qarabağ” – “Sumqayıt”
Tofiq  İsmayılov adına Suraxanı qəsəbə stadionu
I dövrədəki oyun: 0:1


18:30. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu

I dövrədəki oyun: 0:0


17 dekabr (cümə axşamı)

14:00. “Xəzər Lənkəran” – “Kəpəz”
“Xəzər Lənkəran” mərkəzi stadionu

I dövrədəki oyun: 0:1

 

17:00. “Neftçi” – AZAL
8-ci km qəsəbə stadionu

I dövrədəki oyun: 1:2

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

16

11

3

2

25-9

36

2

Qəbələ 

16

7

6

3

23-11

27

3

Zirə 

16

6

8

2

15-12

26

4

İnter    

16

6

 6

4

14-12

24

5

Neftçi   

16

6

5

5

18-16 

23

6

Kəpəz  

16

5

7

4

17-16

22

7

AZAL   

16

4

4

8

9-17

16

8

Sumqayıt

16

3

7

6

18-23

16

9

Xəzər L  

16

3

3

10

10-21

12

10

Rəvan 

16

2

5

9

9-21

11

 

Bombardirlər: Aleksey Antonov (“Qəbələ”), Riçard Almeyda (“Qarabağ”), Ruslan Qurbanov (“Neftçi”) – 6.

0