[b]AFFA “Neftçi” və “Rəvan”ı cəzalandırdı[/b]
15.12.2015 - 13:04
[b]AFFA “Neftçi” və “Rəvan”ı cəzalandırdı[/b]

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XVI turunun oyunları ilə bağlı qərarlar verilib.

 

Komitə iki klubu cəzalandırıb. Bunlar paytaxt təmsilçiləri “Neftçi” və “Rəvan”dı. Bakı komandaları hərəyə 1000 manat cərimə olunub.

 

Buna hər iki komandanın 4 futbolçusunun eyni matçda sarı vərəqə alması səbəb olub. “Rəvan” “Kəpəz”lə, “Neftçi” “Qəbələ” ilə səfər oyunundakı xəbərdarlıqlara görə ziyana düşüb.

 

0