[b]Zaur Svanadzenin qələbə şərhi[/b]
15.12.2015 - 23:24
Topaz Premyer Liqasının XVII turunun açılış matçında səfərdə “Rəvan”ı məğlub edən “İnter” müvəqətti də olsa, ikinci pilləyə yüksəlib. Apasport.az saytının məlumatına görə, “bankirlər”in baş məşqçisi Zaur Svanadze matçdan sonra qarşılaşma haqqında fikirlərini bölüşüb.
Gürcü çalışdırıcı qələbəni belə şərh edib: “İki məğlubiyyətdən sonra qələbə qazandıq. Qazanılan 3 xala görə şadam. Özümüzdə güc tapıb qələbə əldə etdik. Çalışacağıq ki, qışa qədər olan son oyunda da yaxşı nəticə qazanıb, evə yaxşı əhval-ruhiyyədə gedək”.
0
0