[b]"Qəbələ" məğlub oldu, "Zirə" ikinci pilləyə yüksəldi - YENİLƏNİB[/b]
16.12.2015 - 20:21
[b]"Qəbələ" məğlub oldu, "Zirə" ikinci pilləyə yüksəldi - YENİLƏNİB[/b]

Bu gün Topaz Premyer Liqasında XVII turun növbəti qarşılaşmaları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə iki görüş baş tutub.

 

Günün ilk oyunda lider “Qarabağ” autsayderlər qrupunda yer alan “Sumqayıt”ı qəbul edib. İlk dövrədəki oyunda gözlənilməz qələbə qazanan “kimyaçılar” bu dəfə də ağdamlılara baş ağrısı ola biliblər. Olduqca gərgin və dramatik şəraitdə keçən oyunda Qurban Qurbanovun yetirmələri hesabda 2 top fərqi ilə geri düşməsinə baxmayaraq, son anda məğlubiyyətdən qaçmağı bacarıb.

 

Digər qarşılaşmada isə liderlər qrupunda qərarlaşmış iki komanda üz-üzə gəlib. "Qəbələ" "Zirə" ilə səfərdə oynayıb. Son oyunlarda inamsız təsir bağışlayan Roman Qriqorçukun yetirmələri bu dəfə də 3 xala həsrət qalıb. İlk yarıda hesabı açan debütant sonradan qonaqların bütün cəhdlərinə rəğmən qələbə hesabını qoruyub saxlamağı bacarıb. Əldə olunan qələbə sayəsində ikinci pilləyə yüksələn Adil Şükürovun yetirmələrindən fərqli olaraq, "qırmızı-qaralar" iki pillə geriləyərək ilk üçlüyü tərk edib.

 

Topaz Premyer Liqası

XVII tur

16 dekabr (çərşənbə)

 

“Zirə” – “Qəbələ” - 1:0

Qol: Nicat Qurbanov, 24

Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Cavanşir Yusifov, Munis Abdullayev

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, İnqilab Məmmədov 

Zirə İdman Kompleksinin stadionu

I dövrədəki oyun: 0:0

 

“Zirə”: 85. Kamal Bayramov, 39. Sadiq Quliyev, 37. Yovan Krneta, 5. Adil Nağıyev, 13. Aleksandr Şemonayev (k), 2. Çimezi Mbah, 33. Dieqo Souza, 11. Viktor İqbekoyi, 17. Nicat Qurbanov, 28. Təmkin Xəlilzadə, 9. Nelson Bonilla
Ehtiyat oyunçular: 95. Elməddin Məmmədov, 27. Rəşad Abdullayev, 32. Luis Alberto Diez, 10. İqor İvanoviç, 8. Tərzin Cahangirov, 70. Mirkamil Həşimli, 19. Nurlan Novruzov
Baş məşqçi: Adil Şükürov

 

“Qəbələ”: 1. Andrey Popoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 9. Sergey Zenyov, 10. Dodo (k), 19. Aleksey Qay, 20. Rikardinyo, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 69. Aleksey Antonov, 87. Ruslan Abışov
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 3. Voislav Stankoviç, 7. Ermin Zets, 8. Məhəmməd Mirzəbəyov, 25. Qismət Alıyev, 32. Fakundo Pereyra, 70. Vaqif Cavadov
Baş məşqçi: Roman Qriqorçuk

 

“Qarabağ” – “Sumqayıt” - 2:2

Qollar: Riçard Almeyda, 57 (pen.), Dani, 89 - Amil Yunanov, 7, Mikayıl Rəhimov, 52

Qırmızı vərəqə: Raydel Pupon, 90+1 (ikinci sarı vərəqə)

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Vüqar Bayramov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Rəvan Həmzəzadə 
Tofiq  İsmayılov adına Suraxanı qəsəbə stadionu
I dövrədəki oyun: 0:1
 

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 6. Vüqar Mustafayev, 10. Dani, 11. Elvin Məmmədov, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 90. Samuel Armenteros

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 29. Raydel Pupon, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev, 97. Mahir Mədətov

Baş məşqçi: Qurban Qurbanov

 

“Sumqayıt”: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 10. Uğur Pamuk, 13. Murad Ağayev, 24. Amit Quluzadə, 29. Amil Yunanov, 39. Emin Mehdiyev, 55. Ağabala Ramazanov

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 8. Nuran Qurbanov, 9. Mirzağa Hüseynpur, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 97. Xəyal Nəcəfov

Baş məşqçi: Samir Abasov

 

Turnir cədvəli

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

17

11

4

2

27-11

37

2

Zirə 

17

7

8

2

16-12

29

3

İnter    

17

7

6

4

16-12

27

4

Qəbələ 

17

7

6

4

23-12

27

5

Neftçi   

16

6

5

5

18-16

23

6

Kəpəz  

16

5

7

4

17-16

22

7

Sumqayıt

17

3

8

6

20-24

17

8

AZAL   

16

4

4

8

9-17

16

9

Xəzər L.

16

3

3

10

10-21

12

10

Rəvan 

17

2

5

10

9-23

11

 

Bombardirlər: Riçard Almeyda (“Qarabağ”) – 7 qol, Aleksey Antonov (“Qəbələ”), Ruslan Qurbanov (“Neftçi”) – 6 qol.

0