Bakının “İnter” klubunun futbolçusu Abdulla Abatsiyev üçün 2015-ci il başa çatıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XVII turu milliləşən rusiyalı üçün ilin son matçı olub.
“Rəvan”la qarşılaşmada meydana çıxan Abatsiyav mövsümün ilk yarısının son turunu buraxacaq. Buna onun cəzalı duruma düşməsi səbəb olub. Cari çempionatda 4-cü xəbərdarlığını alan futbolçu “Xəzər Lənkəran”la qarşılaşmada forma geyinə bilməyəcək.
Qeyd edək ki, “Rəvan” – “İnter” matçında iki oyunçu təhlükəli duruma düşüb. Meydan sahiblərinin oyunçusu Kənan Müslümov və “bankirlər”in üzvü İlkin Qırtımov 3-cü dəfə xəbərdarlıq alıb. Onlar növbəti “sarı” ilə cəzalı duruma düşəcək. İlkin 3 xəbərdarlıqdan başqa, qırmızı vərəqəyə çevrilən iki sarı da alıb ki, həmin matçdakı cəzaya görə 1 oyun da buraxıb.