[b]“Zirə” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi[/b]
16.12.2015 - 11:26
[b]“Zirə” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi[/b]

Topaz Premyer Liqasının XVII turunun 4 oyununun təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, dünən start götürən turun digər 4 qarşılaşmasının ədalət təmsilçilərinin siyahısı bu gün müəyyənləşib.

 

“Zirə” və “Qəbələ” arasında turun mərkəzi oyunu sabiq FİFA referisi Fariz Yusifova tapşırılıb.

 

Topaz Premyer Liqası

XVII tur

 

16 dekabr (çərşənbə)

 

16:30. “Qarabağ” – “Sumqayıt”

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Vüqar Bayramov, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Əli Hüseynov

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

 

18:30. “Zirə” – “Qəbələ”

Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Cavanşir Yusifov, Munis Abdullayev

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Gülağa Cabarov

Zirə İdman Kompleksinin stadionu

 

17 dekabr (cümə axşamı)

 

14:00. “Xəzər Lənkəran” – “Kəpəz”

Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Coşqun Həsənov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Asim Xudiyev

“Xəzər Lənkəran” mərkəzi stadionu

 

17:00. “Neftçi” – AZAL

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Nail Nağıyev

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Məlik Həsənov

8-ci km qəsəbə stadionu

 

0