[b]“Başqa cür oynaya bilməzdik” – Samir Abasov[/b]
16.12.2015 - 19:16
[b]“Başqa cür oynaya bilməzdik” – Samir Abasov[/b]

“Əks hücumlara güvənmişdik, başqa cür oynaya da bilməzdik. Görüşdən öncə deyirdilər ki, “Qarabağ”la matçda təzyiq etsək, rahat olar. Amma  biz bundan öncə “İnter”ə qarşı ağır oyun keçirmişdik, bizim üçün çətinlik yaranardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

 

Topaz Premyer Liqasının XVII turu çərçivəsində baş tutan “Qarabağ”la oyundan sonra matçı dəyərləndirən gənc mütəxəssis fikirlərini bölüşüb: “20 dekabrda fasilə yaranmasına baxmayaraq, bir neçə oyunçumuz hələ də tam hazır deyil. Çünki bəzi futbolçular bizə gec qoşulublar. Bütün bu problemlərə baxmayaraq, oyun sona qədər istədiyimiz kimi gedirdi. Amma son dəqiqələrdə buraxılan qol bizi qələbəsiz qoydu. Buna rəğmən, “Qarabağ”la oyunda qeydə alınan heç-heçə mənim üçün qələbəyə bərabərdir”.

0