[b]“İstefa məsələsinə şərhim yoxdu” – Roman Qriqorçuk[/b]
16.12.2015 - 21:13
[b]“İstefa məsələsinə şərhim yoxdu” – Roman Qriqorçuk[/b]

“İstefa məsələsinə şərhim yoxdur”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Topaz Premyer Liqasının XVII turunda səfərdə “Zirə”yə məğlub olan “qırmızı-qaralar”ın ukraynalı çalışdırıcısı matç haqqında fikirlərini açıqlayıb: “Oyundan öncə Sergey Zenyovla danışmışdıq, zədədən yeni qayıdıb. Erkən əvəzləməkdə məqsəd Zenyovu zədədən qorumaq idi. Mən futbolçulara təşəkkür edirəm, oyunu isə qarşıdakı günlərdə təhlil edəcəyik. İlk hissədə bəzi oyunçular məsuliyyəti öz üzərlərinə götürə bilmədilər, ikinci hissədə isə belə hal yaşanmadı”.

0