[b]“... daha güclü oyunçular lazımdı” – Adil Şükürov[/b]
16.12.2015 - 21:21
[b]“... daha güclü oyunçular lazımdı” – Adil Şükürov[/b]

“Biz çempionatın lider komandalarından birinə qarşı oynadıq. “Qəbələ” yarışın güclü iştirakçısıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov deyib.

 

Topaz Premyer Liqasının XVII turu çərçivəsində öz meydanında “Qəbələ”yə qalib gələn debütantın çalışdırıcısı matçı belə şərh edib: Rəqibin oyunlarını izləmişdik. Düzdür, onlar son oyunlarda xallar itirib, bütün bunlara baxmayaraq, Roman Qriqorçukun yetirmələrinin gücü göz önündədi. Futbolçularımız oyun ərzində verilən tapşırıqları yerinə yetirdilər və qələbə qazandıq. “Qəbələ” oyunboyu hücum etməyi sevir, biz isə ikinci hissədə cinahları işə saldıq. Bizim 30 nəfərdən ibarət futbolçu heyətimiz var, daima dəyişikliklər edirik. Odur ki, hələ yeni futbolçu barədə düşünmürük. Amma istənilən komandaya daha güclü oynaması üçün daha güclü oyunçular lazımdır”.

0