[b]2 oyunda 2 qol: Əsgər Abdullayevli “Neftçi” ilk məğlubiyyətini aldı - YENİLƏNİB[/b]
17.12.2015 - 18:54
[b]2 oyunda 2 qol: Əsgər Abdullayevli “Neftçi” ilk məğlubiyyətini aldı - YENİLƏNİB[/b]

Topaz Premyer Liqasında XVII tura bu gün yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son günündə görüşlərdən biri Lənkəranda, digəri isə Bakıda baş tutub.

 

İlk olaraq meydana iki bölgə klubu çıxıb. Turnir cədvəlinin orta sıralarında qərarlaşmış “Kəpəz” liderlərdən uzaq düşməmək və kubokdakı məğlubiyyətin əvəzini çıxmaq üçün Lənkəranda “Xəzər Lənkəran”a qalib gəlməli idi. İkinci hissədə vurulan yeganə qol Gəncə təmsilçisinə ardıcıl 3 heç-heçədən sonra qələbə bəxş edib. Bu da Şahin Diniyevin komandasının 5-ci pilləyə yüksəlməsinə şərait yaradıb. “Xəzər Lənkəran” isə ardıcıl 6-cı məğlubiyyətini alıb.

 

Tura isə Bakıda yekun vurulub. İki paytaxt komandasının görüşündə “Neftçi” AZAL-ı qəbul edib. Əsgər Abdullayevin gəlişindən sonra məğlubiyyət acısı yaşamayan “Neftçi” son 3 turda uduzmayan AZAL-la matçın favoriti idi. Lakin qonaqlar gözlənilmədən 29-cu dəqiqədə hesabı açıblar. Qalan bir saatdan çox müddət ərzində ev sahiblərinin bütün cəhdləri bir nəticə verməyib və AZAL bu mövsüm birinci səfər qələbəsini qazanaraq, turnir cədvəlində 7-ci yerə yüksəlib. Əsgər Abdullayevin rəhbərliyi altında ilk məğlubiyyətini alan “Neftçi” isə 6-cı pilləyə yuvarlanıb.

 

Topaz Premyer Liqası

XVII tur

17 dekabr (cümə axşamı)
 

 

“Neftçi” – AZAL - 0:1

Qol: Ruslan Nəsirli, 29

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Nail Nağıyev 
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məlik Həsənov

8-ci km qəsəbə stadionu

I dövrədəki oyun: 1:2

“Neftçi”: 1. Aqil Məmmədov, 3. Filyo Jairo Rodriges, 5. Xuan Alberto Melli, 6. Aylton Silva, 26. Kamal Qurbanov, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 18. Kaue da Silva, 7. Araz Abdullayev (k)

Ehtiyat oyunçular: 24. Miçal Peskoviç, 4. Rahil Məmmədov, 14. Məhəmməd Qurbanov, 16. Əziz Quliyev, 21. Samir Məsimov, 20. Salas Quinta Antonio, 10. Cavid İmamverdiyev

Baş məşqçi: Əsgər Abdullayev

 

AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev (k), 28. Müşfiq Teymurov, 6. Tagim Novruzov, 14. İlqar Ələkbərov, 21. Murad Səttarlı, 11. Ruslan Nəsirli, 22. Kamal Mirzəyev, 9. Aydın Qasımov

Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 19. Məhəmməd Bədəlbəyli, 5. Kamil Hüseynov, 20. İsmayıl İbrahimli, 15. Rüfət Musayev, 17. Elmin Çobanov, 7. Tərlan Xəlilov

Baş məşqçi: Tərlan Əhmədov

 

“Xəzər Lənkəran” – “Kəpəz” - 0:1

Qol: Şəhriyar Rəhimov, 66  

Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Coşqun Həsənov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Asim Xudiyev
“Xəzər Lənkəran” mərkəzi stadionu

I dövrədəki oyun: 0:1

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı, 14. Rahid Əmirquliyev (k), 16. İbrahim Qədirzadə, 18. Tural Cəlilov, 32. Zaman Mirzəzadə, 41. Hüseyn Xəlilzadə, 42. Kamran Abdullazadə, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 44. Yusif Həsənov, 77. Əli Əliyev, 79. Namiq Qocayev
Baş məşqçi: Yunis Hüseynov

“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 23. Tural Nərimanov, 13. Şəhriyar Rəhimov, 25. Şəhriyar Əliyev, 3. Tərlan Quliyev, 8. Budaq Nəsirov, 7. Junior Osvaldo, 5. Kərim Diniyev, 68. Rəşad Eyyubov, 90. Julien Ebah

Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 15. Azad Kərimov, 80. Tural Rzayev, 9. Murad Ağakişiyev, 21. Xəzər Qəribov, 19. Aleksandr Sitnik, 27. Bəxtiyar Soltanov
Baş məşqçi: Şahin Diniyev

Turnir cədvəli

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

17

11

4

2

27-11

37

2

Zirə 

17

7

8

2

16-12

29

3

İnter    

17

7

6

4

16-12

27

4

Qəbələ 

17

7

6

4

23-12

27

5

Kəpəz

17

6

7

4

18-16

25

6

Neftçi

17

6

5

6

18-17

23

7

AZAL

17

5

4

8

10-17

19

8

Sumqayıt

17

3

8

6

20-24

17

9

Xəzər L.

17

3

3

11

10-22

12

10

Rəvan 

17

2

5

10

9-23

11

 

Bombardirlər: Riçard Almeyda (“Qarabağ”) – 7 qol, Aleksey Antonov (“Qəbələ”), Ruslan Qurbanov (“Neftçi”) – 6 qol

0