“Həmişə futbolçulara demişəm ki, komandaları reytinqlərə bölmək lazım deyil. Əsas işimiz oyuna köklənmək olmalıdır. Amma görünür ki, biz hələ bunun üzərində işləməliyik. AZAL komandasını qələbə münasibəti ilə təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev deyib.
Topaz Premyer Liqasının XVII turu çərçivəsində səfərdə AZAL-la qarşılaşan “ağ-qaralar”ın çalışdırıcısı matç haqqında fikirlərini bölüşüb: “Bu komandanın öz oyun üslubu var. AZAL-ın ünvanına “küçə komandası” kimin dediyini bilmirəm. Küçə komandasının Premyer Liqada nə işi var? Mənim Tərlan Əhmədovdan incikliyim yoxdur, ona əl uzatdım. Öz futbolçularıma qarşı əsəbi idim. Özümü çox pis hiss edirdim, dərman qəbul etməli idim. Vəziyyəti başqa dona salmaq lazım deyil”.
Mənbə: pfl.az