[b]Fasilədən öncə[/b]
18.12.2015 - 12:17
[b]Fasilədən öncə[/b]

Sabah Topaz Premyer Liqasının XVIII turuna start veriləcək. Apasport.az saytının məlumatına görə, baş tutacaq 5 oyunla mövsümün ilk yarısı yekunlaşacaq.

 

2015-ci ilin son turuna Sumqayıtda start veriləcək. Sonuncu pillədən qurtulmaq üçün mübarizə aparan “Rəvan” “Sumqayıt”ın qonağı olacaq. Baş məşqçi dəyişikliyindən sonra xal hesabını artıran komandalar ili qələbəylə başa vurmağa çalışacaq. Paytaxt təmsilçisi qələbə qazansa, ən azı 1 günlük sonuncu pillədən qurtulacaq. “Sumqayıt” isə 7-ci pilləni ələ keçirmək üçün qalib gəlməlidi.

 

Turun mərkəzi oyununda “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. “Qış çempionluğu”nu təmin edən Qurban Qurbanovun yetirmələri izləyiciləri ilə xal fərqinin azalmaması üçün turu itkisiz başa vurmalıdı. Çempionatın ikinci dövrəsini uğursuz keçirən “Qəbələ” isə 2-ci pilləni qaytarmaq arzusundadı. Bunun üçün Roman Qriqorçukun yetirmələrinə 3 xal qazanmaq vacibdi.

 

İlin son oyun günü “Kəpəz” – “Neftçi” görüşü ilə başlayacaq. Ölkəmizin iki ən köklü klubunun dueli 5-ci yer uğrunda mübarizə ilə əlamətdar olacaq. Qərblilər mövqeyini qorumaq üçün 1 xalla da kifayətlənə bilər. Qış fasiləsinə ilk “dördlük”də, hətta 3-cü pillədə yollanmaq şansı da olan Şahin Diniyevin yetirmələri bunun üçün qələbə qazanmalı və digər oyunların nəticəsini gözləməlidi. “Neftçi” isə rəqibini keçib, 5-ci olmaq üçün mütləq qalib gəlməlidi.

 

Son turlarda uğurlu çıxış edən AZAL və “Zirə” arasında paytaxt derbisi də böyük maraq kəsb edir. Qonaqlar 2-ci pilləni qorumaq üçün qalib gəlməlidi. Hətta heç-heçə də debütantı indiki mövqeyində saxlaya bilər. “Təyyarəçilər” isə ilk “altılığ”a yaxınlaşmaq, “Sumqayıt”dan isə uzaqlaşmaq arzusundadıı. Bunun üçün AZAL ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmalıdı.

 

Həm tura, həm də ilə “İnter Arena”da yekun vurulacaq.  Mövsümün ilk yarısını “üçlük”də başa vurmağa iddialı olan “İnter” “Xəzər Lənkəran”ı qəbul edəcək. İlk turda gözlənilmədən Lənkərandan xalsız dönən “bankirlər” heç də ən yaxşı günlərini yaşamayan cənublularla qarşılaşmanın favoritidi. Son 6 matçda xala və qola həsrət qalan “Xəzər Lənkəran” üçün isə xal itkisi sonuncu pilləyə yuvarlanmaqla nəticələnə bilər.
 

Topaz Premyer Liqası

XVIII tur

 

19 dekabr (şənbə)
15:30. “Sumqayıt” – “Rəvan”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

I dövrədəki oyun: 0:0

 

18:00. “Qarabağ” – “Qəbələ”
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
I dövrədəki oyun: 2:2


20 dekabr (bazar)

14:00. “Kəpəz” – “Neftçi”

Gəncə şəhər stadionu
I dövrədəki oyun: 0:0

 

15:00. AZAL – “Zirə”
AZAL Arena
I dövrədəki oyun: 0:1


16:30. “İnter” – “Xəzər Lənkəran”
“İnter Arena”

I dövrədəki oyun: 0:2

 

1

Qarabağ

17

11

4

2

27-11

37

2

Zirə

17

7

8

2

16-12

29

3

İnter

17

7

6

4

16-12

27

4

Qəbələ

17

7

6

4

23-12

27

5

Kəpəz

17

6

7

4

18-16

25

6

Neftçi

17

6

5

6

18-17

23

7

AZAL

17

5

4

8

10-17

19

8

Sumqayıt

17

3

8

6

20-25

17

9

Xəzər Lənkəran

17

3

3

11

10-22

12

10

Rəvan

17

2

5

10

9-23

11

 

Bombardir: Riçard Almeyda (“Qarabağ”) – 7.

0