[b]"Qarabağ" və "Qəbələ" fasiləyə sülhlə yollandı - YENİLƏNİB[/b]
19.12.2015 - 19:54
[b]"Qarabağ" və "Qəbələ" fasiləyə sülhlə yollandı - YENİLƏNİB[/b]

Bu gün Topaz Premyer Liqasında XVIII tura start verilib. Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

 

Günün ilk görüşü Sumqayıtda keçirilib. Yerli komanda “Rəvan”ı qəbul edib. Azarkeşlərin düz 6 qol izlədiyi oyunda qalib müəyyənləşməyib. Qarşılıqlı qolların vurulduğu 90 dəqiqənin sonunda hərəyə bir xal qazanan tərəflər mövqelərini qoruyublar.

 

Günün ikinci görüşü isə turun mərkəzi qarşılaşması olub. “Qarabağ” öz meydanında “Qəbələ” ilə qarşılaşıb. Avrokuboklarda qrup mərhələsində mübarizə aparmış iki komandanın dueli maraqlı idman mübarizəsi şəraitində keçib. Qonaqlar erkən qola sevinsələr də qələbə hesabını qoruyub saxlaya bilməyiblər. Sona 10 dəqiqə qalmış ağdamlılar hesabı bərabərləşdirərək, "Qəbələ"nin qələbəsiz oyunlar seriyasını bir oyun da artırıblar.

 

Topaz Premyer Liqası

XVIII tur

19 dekabr (şənbə)
 

“Qarabağ” – “Qəbələ” - 1:1

Qollar: Əfran İsmayılov, 80 - Ermin Zets, 4

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Xaqani Məmmədov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

İlk oyun: 2:2

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 8. Migel Madera, 10. Dani, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 6. Vüqar Mustafayev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 70. Marinaldo Çiçero, 97. Mahir Mədətov

Baş məşqçi: Qurban Qurbanov

 

“Qəbələ”: 1. Andrey Popoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 7. Ermin Zets, 10. Dodo (k), 19. Aleksey Qay, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 44. Rafael Santos, 69. Aleksey Antonov, 87. Ruslan Abışov

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 3. Voislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 9. Sergey Zenyov, 25. Qismət Alıyev, 32. Fakundo Pereyra, 70. Vaqif Cavadov

Baş məşqçi: Roman Qriqorçuk

 

“Sumqayıt” – “Rəvan” - 3:3

Qollar: Amil Yunanov,13, 34, Mikayıl Rəhimov, 90+5 - Şeriff Suma, 27, Ruslan Tağızadə, 35, Ramazan Abbasov, 75-p

Qırmızı vərəqə: Emin Mehdiyev, 74

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Rahil Ramazanov, İsgəndər Əliyev
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Məhəmməd Məmmədov
“Kapital Bank Arena”

İlk oyun: 0:0
 

“Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 10. Uğur Pamuk, 13. Murad Ağayev, 18. Aleksandr Çertoqanov, 29. Amil Yunanov, 39. Emin Mehdiyev, 55. Ağabala Ramazanov

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 8. Nuran Qurbanov, 9. Mirzağa Hüseynpur, 14. Bəxtiyar Həsənalızadə, 22. Tofiq Mikayılov, 24. Amit Quluzadə, 97. Xəyal Nəcəfov

Baş məşqçi: Samir Abasov

 

“Rəvan”: 32. Kostyantin Maxnovski, 11. Şeriff  Suma, 21. Novruz Məmmədov, 19. Tural Qürbətov, 17. Ramazan Abbasov (k), 8. Məmməd Quliyev, 13. Cəmşid Məhərrəmov, 92. Yamin Ağakərimzadə, 2. Ruslan Tağızadə, 6. Vüqar Bəybalayev, 4. Kənan Müslümov

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 38. Zeki Sinan Akkoyun, 20. Kənan Manafov, 39. Əlibəy Məmmədli, 55. Hüseyn Axundov, 7. Elvin Həsənəliyev, 15. Ceyhun Abdullayev

Baş məşqçi: Bəhmən Həsənov

 

Turnir cədvəli

 

1

Qarabağ

18

11

5

2

28-12

38

2

Zirə

17

7

8

2

16-12

29

3

Qəbələ

18

7

7

4

24-13

28

4

İnter

17

7

6

4

16-12

27

5

Kəpəz

17

6

7

4

18-16

25

6

Neftçi

17

6

5

6

18-17

23

7

AZAL

17

5

4

8

10-17

19

8

Sumqayıt

18

3

9

6

23-28

18

9

Xəzər Lənkəran

17

3

3

11

10-22

12

10

Rəvan

18

2

6

10

12-26

12

 

Bombardir: Riçard Almeyda (“Qarabağ”) – 7.

0