[b]Qurbanovun bir addımlığında[/b]
19.12.2015 - 13:07
[b]Qurbanovun bir addımlığında[/b]

Topaz Premyer Liqasının bu gün keçiriləcək “Sumqayıt” – “Rəvan” oyununda mövsümün rekordu təkrarlana bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün meydan sahiblərinin futbolçusu Amil Yunanov autsayderin qapısına yol tapmalıdı.

 

Ardıcıl 3 oyunda meydanı qolsuz tərk etməyən 22 yaşlı yarımmüdafiəçi “Rəvan”ı da məyus etsə, seriyasını 4-ə çatdıracaq. Amil bu 3 matçda 4 qol vurub.

 

Cari mövsümün qol rekordu isə Ruslan Qurbanova məxsusdu. “Neftçi”nin milliləşən legioneri 7-10-cu turlarda ardıcıl 4 qarşılaşmada 5 qol vurub. Yunanov bu gün qol sevinci yaşasa, Qurbanova şərik çıxacaq, gələn il isə onu arxada qoymağa çalışacaq.

0