[b]İstefadan qazananlar[/b]
19.12.2015 - 14:16
[b]İstefadan qazananlar[/b]

Topaz Premyer Liqasının arxada qalan 17 turu 3 baş məşqçi dəyişikliyi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Rəvan”, “Sumqayıt” və “Neftçi” mövsümü yarılamamış çalışdırıcısını dəyişib.

 

Arxada qalan turlar göstərir ki, istefaların hamısı özünü doğruldub. Emin Quliyevlə 8 oyuna 2 xal toplayan “Rəvan” mümkün xalların 8,33 faizini qazanmışdı. Bəhmən Həsənov isə 4 qat artıq - 33,33 faizlik göstəriciyə malikdi: 9 oyunda 9 xal.

 

İlk 7 oyunda 4 xala sevinən “Sumqayıt” Aqil Məmmədovla 19,05 faizlik nəticəyə imza atmışdı. Samir Abasovun gəlişindən sonra 10 görüşdə 13 xal qazanan komandada faiz göstəricisi 43,33-ə yüksəlib. Bu da təxminən 2,3 qat yaxşı nəticədi.

 

Komandasında 12 oyunda 13 xal qazandıran Samir Əliyev “Neftçi”dən daha yaxşı göstərici ilə ayrılmışdı – 36,11. Lakin son 5 qarşılaşmada komandası ilə 10 xal yığan Əsgər Abdullayev 66,67 faizlik nəticəylə xələfini xeyli üstələyir.

0