[b]Əvəzolunmazlar[/b]
19.12.2015 - 14:55
[b]Əvəzolunmazlar[/b]

Topaz Premyer Liqasının bu gün start götürən XVIII turunun oyunları öncəsi mövsümü əvəzolunmadan keçirənlərin siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 10 futbolçu 17 turda əvəzolunmadan meydanda mübarizə aparıb.

 

Bu futbolçulardan 4-ü qapıçıdı. Stanislav Namaşko (AZAL), Kostyantin Maxnovski (“Rəvan”), Tadas Simaitis (“Kəpəz”) və Orxan Sadıqlı (“Xəzər Lənkəran”) 1530 dəqiqə forma geyiniblər.

 

Sahə oyunçularından yalnız 6-sı əvəzolunmaz statusuna malikdi. Bunlar Tural Hümbətov (AZAL), Yovan Krieta (“Zirə”), Tural Axundov, Şəhriyar Rəhimov (hər ikisi “Kəpəz”), Vurğun Hüseynov (“Sumqayıt”) və Rahid Əmirquliyevdi (“Xəzər Lənkəran”).

 

 “Kəpəz”də 3, AZAL və “Xəzər Lənkəran”da 2, “Zirə”, “Sumqayıt” və “Rəvan”da 1 əvəzolunmaz var. Bu yay avrokuboklarda mübarizəyə başlamış 4 klub - “Qarabağ”, “Qəbələ”, “İnter” və “Neftçi”də isə belə oyunçu yoxdu. 

0