[b]“Nə yeni oyunçu ala bilirik, nə də...” – Samir Abasov[/b]
19.12.2015 - 20:22
[b]“Nə yeni oyunçu ala bilirik, nə də...” – Samir Abasov[/b]

“Oyuna istədiyimiz kimi başladıq. Debütdə qol da vurduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

 

Topaz Premyer Liqasının XVIII turu çərçivəsində öz meydanında “Rəvan”la qarşılaşan “kimyaçılar”ın çalışdırıcısı matç haqqında fikirlərini açıqlayıb: “Müdafiədəki və qapı xəttindəki problemlər özünü büruzə verdi. Təəssüf ki, bu yöndə dəyişikliklər edə bilmirik. Nə yeni oyunçu ala bilirik, nə də çatışmazlıqları aradan qaldırmağa nail oluruq. Bilmirəm necə olacaq”.

 

Mənbə: sumqayitpfc.az

0