[b]“Bütün komanda qalmaq niyyətindədi” – Zaur Svanadze[/b]
20.12.2015 - 19:12
[b]“Bütün komanda qalmaq niyyətindədi” – Zaur Svanadze[/b]

“Mövsümün ilk yarısınının yekunundan razıyam. Hesab edirəm ki, 2-ci yer komandamız üçün uğurlu nəticədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Topaz Premyer Liqasının XVIII turu çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşan “bankirlər”in gürcü çalışdırıcısı oyunu belə şərh edib: “Qarşıda 2 həftəlik məzuniyyət var. Sonra Türkiyəyə getməyi planlaşdırırıq”.


- Maliyyə durumunuzu nəzərə alaraq, əksər futbolçularla qışadək müqavilə imzalanıb. 18-20 futbolçunun birdən-birə komandadan ayrılmaq ehtimalı sizi qorxutmur?
- Ola bilər, bir neçə oyunçuyla ayrılaq. Amma düşünmürəm ki, kütləvi şəkildə futbolçular bizdən ayrılsın.


- Rəhbərliklə gələcək barədə söhbətiniz olub?
- Olub. Yaxın 2-3 gündə bu barədə sizə də məlumat veriləcək.


- UEFA-nın məlum qərarından sonra avrokubokda oynamaq şanslarınız şübhə altına düşür. Bu, motivasiyanıza təsir etmir?
- Məndəki məlumata görə, bu yöndə işlər müsbət həll olunacaq.


- Qışda "İnter"dən ayrılmaq niyyətiniz yoxdu?
- Xeyr. Etiraf edim ki, bütün komanda qalmaq niyyətindədi. Elə mən də həmçinin.

 

Mənbə: futbolinfo.az

0