[b]Topaz Premyer Liqasında 8 cəzalı[/b]
21.12.2015 - 09:24
[b]Topaz Premyer Liqasında 8 cəzalı[/b]

Topaz Premyer Liqasının XVIII turu 8 futbolçunun cəzalanması ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, 2016-cı ilin ilk turunu buraxacaq futbolçulardan 3-ü qırmızı, 5-i sarı vərəqlər üzündən cəzalı duruma düşüb.

 

“Rəvan”ın üzvlərindən Yamin Ağakərimzadə 8-ci, Kostyantin Maxnovski 4-cü dəfə xəbərdarlıq alıb. “Zirə”nin üzvü Adil Nağıyev də 4-cü dəfə sarı vərəqə ilə cəzalanıb.

 

“Neftçi”də isə Erik Ramos 8-ə, Kaue da Silva 4-ə çatıb. Aylton Silva isə qırmızı vərəqə ilə cəzalanıb. “Kəpəz”dən Tural Nərimanov, “Sumqayıt”dan Emin Mehdiyev də eyni səbəbdən növbəti oyunu buraxacaq.

 

0