[b]Teymur Rəcəbov imtina etdi, Şəhriyar Məmmədyarov qalib gəldi[/b]
21.12.2015 - 09:28
[b]Teymur Rəcəbov imtina etdi, Şəhriyar Məmmədyarov qalib gəldi[/b]

Dohada şahmat üzrə “Qətər Masters Open” yarışına start verilib. Apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov ilk turu qələbə ilə başa vurub.

 

Qrossmeysterimiz ukraynalı Natalya Jukovanı məğlub edib. O, bu qara fiqurlarla Jonq Janqla (Sinqapur) üz-üzə gələcək.

 

Qeyd edək ki, yarışda Teymur Rəcəbovun iştirakı da nəzərdə tutulsa da, həmyerlimiz son anda Qətərə getməkdən imtina edib.

0