Topaz Premyer Liqasının XVIII turunun “Kəpəz”lə oyununda qırmızı vərəqə alan Aylton Silva mövsümün antirekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin braziliyalı legioneri mövsümün arxada qalan 18 turunda meydandan iki dəfə qovulan 3-cü oyunçudu.
Ona qədər “Xəzər Lənkəran”ın üzvləri Elşən Rzazadə və Adrian Skarlatake də 2 dəfə qırmızı vərəqə almışdı.
Ümumiyyətlə isə 2015/16 mövsümünün ilk yarısında 39 oyunçuya 42 qırmızı vərəqə göstərilib. Yalnız AZAL-ın üzvləri meydandan qovulmayıb. Antorekord isə “Neftçi” və “Sumqayıt”a məxsusdu. Bu komandaların hərəsi 5 dəfə qırmızı vərəqə görüb. “İnter”, “Zirə”, “Xəzər Lənkəran” 4, “Rəvan” 3, “Kəpəz” 2, “Qarabağ”la “Qəbələ” 1 qırmızı vərəqə görüb.