Topaz Premyer Liqasında mövsümün ilk yarısının oyunlarını 246 min 476 tamaşaçı izləyib. Apasport.az saytının məlumatına görə, 90 qarşılaşmada orta tamaşaçı sayı 2739-a bərabər olub.
Ümumi azarkeş sayının təxminən yarısı – 120 mini “Kəpəz”in ev oyunlarına təsadüf edib. Evdə 8 matç keçirən qərblilərin orta göstəricisi 15 minə bərabərdi. Ümumiyyətlə, mövsümün ən çox azarkeş toplayan 8 matçının hamısı “Kəpəz”in meydanında baş tutub. V turun “Qarabağ”la oyununu 20 min, VII turun “Sumqayıt” və IX turun “Xəzər Lənkəran”la görüşlərini 18 min tamaşaçı seyr edib. Azarkeş sayında “Xəzər Lənkəran” 2-ci, “Neftçi” 3-cüdü. Son üç pillədə isə paytaxt təmsilçiləri AZAL, “Rəvan” və “İnter” qərarlaşıb. Mövsümün antirekordu V turun AZAL – “İnter” oyununda qeydə alınıb – 100 tamaşaçı.
1. |
Kəpəz |
120000 |
8 |
15000 |
2. |
Xəzər Lənkəran |
48200 |
9 |
5356 |
3. |
Neftçi |
14500 |
9 |
1611 |
4. |
Qarabağ |
13030 |
9 |
1448 |
5. |
Qəbələ |
13650 |
10 |
1365 |
6. |
Sumqayıt |
11610 |
9 |
1290 |
7. |
Zirə |
9800 |
9 |
1089 |
8. |
İnter |
7050 |
9 |
783 |
9. |
Rəvan |
5530 |
9 |
614 |
10. |
AZAL |
3106 |
9 |
345 |
|
Cəmi |
246476 |
90 |
2739 |