[b]“Qəbələ”dən ayrıldı, ulduzlar komandasında oynadı[/b] - FOTO
23.12.2015 - 12:28
[b]“Qəbələ”dən ayrıldı, ulduzlar komandasında oynadı[/b] - FOTO

“Qəbələ”nin yollarını ayırdığı George Floresku yoxlama oyununda iştirak edib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın yayda heyətinə qatıb, bir neçə gün öncə yollarını ayırdığı 31 yaşlı rumıniyalı yarımmüdafiəçi vətənində ənənəvi görüşdə meydana çıxıb.

 

Floreskunun anadan olduğu Klujda bu şəhərdən çıxan ulduz futbolçulardan təşkil olunan yığma aşağı liqa təmsilçisi “Sanatato” ilə qarşılaşıb. Qol şousuna çevrilən matçda Floresku və yoldaşları 15:11 hesabı ilə qalib gəlib.

 

“Qəbələ”nin sabiq üzvü oyundan sonra matçın faydasından danışıb: “Hər il belə oyunlar keçiririk. Şadam ki, dəvət etdiyimiz oyunçular bu matça qatıldı. Yaxşı məşq edib, problemləri arxada qoyduq. Tətildə olsaq da, formada qalmaq üçün belə matç faydalı oldu. Burada yaxşı futbolçular toplaşmışdı. Həqiqətən də belə bir matç üçün darıxmışdım. Hətta zarafatlaşıb dedim ki, bu komandamız Rumıniya çempionatında da mübarizə apara bilər”.

 

Qeyd edək ki, Floresku Topaz Premyer Liqasında 1 oyun keçirib.

0