[b]Elnur Məmmədov: Həll olunmayan bir problemimiz qalıb[/b]
24.12.2015 - 12:18
[b]Elnur Məmmədov: Həll olunmayan bir problemimiz qalıb[/b]

“Müşahidə Şurasında bəzi əhəmiyyətli məsələlər müzakirə etdik və lazımı qərarlar qəbul olundu. Onlardan biri də baş məşqçi məsələsi idi. Şuranın ümumi rəyinə əsasən Əsgər Abdullayevin baş məşqçi postunda qalması qərara alındı”. Apasport.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Neftçi”nin icraçı-direktoru Elnur Məmmədov deyib.

 

“Ağ-qaralar”ın rəsmi bir gün öncə baş tutan Müşahidə Şurasının iclasından danışıb. O bildirib ki, baş məşqçi vəzifəsinə Əsgər Abdullayevlə davam etməyə qərar verdikdən sonra həll olunmayan bir problemləri qalıb: “Bu da çalışdırıcımızın lisenziyası ilə bağlıdı. Abdullayev üçün Topaz Premyer Liqasında vacib sayılmasa da, avrokubokda Pro kateqoriyasının olması şərtdi. Biz də həmin vaxta qədər bu məsələnin həllinə çalışacağıq. Avrokuboka vəsiqə qazansaq, baş məşqçi ilə bağlı lisenziya problemini yaşamayaq. Düşünürəm ki, həmin vaxtadək bunu həll edəcəyik”. 

0