[b]2015-ci ilin ən yaxşıları açıqlandı - YENİLƏNİB[/b]
24.12.2015 - 19:27
[b]2015-ci ilin ən yaxşıları açıqlandı - YENİLƏNİB[/b]

Bu gün Gənclər və İdman Nazirliyi 2015-ci ilə yekun vurub. Apasport.az saytının verdiyi məlumata görə, “Fairmont” otelində təşkil edilən təntənəli mərasimdə ən yaxşılarının adları məlum olub.

 

Tədbirdə həmişəki kimi ilin ən yaxşı idmançıları, komandası, məşqçisi, hakimi, federasiyası, digər nominasiyaları üzrə qaliblər mükafatlandırılıblar.

 

“Qızıl onluq”:

 

Elvin Məmişzadə (boks, Avropa Oyunlarının qalibi və dünya çempionu)

 

Boyanko Kostova (ağır atletika, dünya çempionu və dünya rekordçusu)

 

Mariya Stadnik (güləş, Avropa Oyunlarının qalibi və dünya çempionatının mükafatçısı)

 

Rəsul Çunayev (yunan-roma güləşi, Avropa Oyunlarının qalibi və dünya çempionu)

 

Hacı Əliyev (sərbəst güləş, Avropa Oyunlarının bürünc mükafatçısı və dünya çempionu)

 

Oleq Stepko (idman gimnastikası, Avropa Oyunlarının qalibi və dünya çempionatının bürünc mükafatçısı)

 

Toğrul Əsgərov (sərbəst güləş, Avropa Oyunlarının qalibi və dünya çempionu)

 

Radik İsayev (taekvondo, Avropa Oyunlarının qalibi və dünya çempionu)

 

Rafael Ağayev (karate, Avropa Oyunlarının qalibi və dünya çempionu)

 

İlham Zəkiyev (paracüdo, Avropa Oyunlarının qalibi və dünya çempionu)

 

İlin ən yaxşı məşqçiləri:

1. İbrahim İbrahimov (paracüdo)

2. Cəmşid Xeyrəbadi (yunan-roma güləşi)

3. Əsgərxan Novruzov (sərbəst güləş)

4. Mariana Vasilyeva (bədii gimnastika)

5. Nizami Paşayev (ağırlıqqaldırma)

6. Nəriman Abdullayev (boks)

7. Elnur Amanov (taekvondo)

8. Firdovsi Umudov (sərbəst güləş)

 

İlin ən yaxşı federasiyası: Azərbaycan Gimnastika Federasiyası

 

İlin idman yarışlarının ən yaxşı təşkilatçısı: Azərbaycan Güləş Federasiyası

 

İlin ən yaxşı idman təşkilatı: "Qəbələ" İdman Klubu (atıcılıq)

 

İlin ən yaxşı idman qurğusu: Su İdman Sarayı, Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu

 

İlin ən yaxşı klub komandası: "Qarabağ" futbol klubu

 

İlin ən yaxşı komandası: Taekvondo, polo

 

İlin ən yaxşı hakimləri: Faiq Həsənov (şahmat), Rövşən Hüseynov (boks), Asif Şirəliyev (güləş), Vahid Nəzərov (ağırlıqqaldırma), Yevgeniya Jidkova (bədii gimnastika)

 

İlin ən fəal veteranı: Yaşar Məmmədov (qılıncoynatma)

 

İlin ən yaxşı idman verilişlərinin təşkilatçısı: AzTV

 

İlin ən yaxşı informasiya agentliyi: "Report"

 

İlin ən yaxşı idman jurnalisti: Sənan Abdullayev ("Xəzər" TV)

 

İlin ən yaxşı idman məktəbi: Abşeron rayon UGİM

 

Qeyd edək ki, Azərbaycan idmançıları 2015-ci ildə beynəlxalq yarışlarda 823 medal (321 qızıl, 222 gümüş, 280 bürünc) qazanıb. Bu 2014-cü ildə qazanılanlardan 18 medal artqıdı. Bir il əvvəl 805 medaldan 275-i qızıl, 255-i gümüş, 275-i bürünc olmuşdu. İdmançılarımız olimpiya növlərində 297 medal (105 qızıl, 61 gümüş, 131 bürünc) əldə edib. 2014-cü ildə isə bu rəqəm 278-ə (89 qızıl, 80 gümüş, 109 bürünc) bərabər olub.

0