[b]“Kəpəz”in hazırlıq planı bəllidi[/b]
24.12.2015 - 20:43
[b]“Kəpəz”in hazırlıq planı bəllidi[/b]

“Kəpəz” Topaz Premyer Liqasının qış fasiləsini ölkə daxilində keçirəcək. Apasport.az saytının məlumatına görə, gəncəlilərin hazırlıq planı iki hissədən ibarət olacaq. 


Şahin Diniyevin yetirmələri əvvəlcə Yevlaxda məşq edəcəklər. Komanda gələn il yanvarın 10-da bu şəhərdə toplanacaq. Burada bir həftə müddətində fiziki hazırlıq keçiləcək.


Daha sonra “Kəpəz” Bakıya üz tutacaq. Komanda ayın 20-dən 28-nə kimi paytaxtda taktiki və texniki hazırlıq üzərində işləyəcək.


Hazırlıq planına əsasən, “sarı-göylər” üç yoxlama oyunu keçirəcək. Belə görüşlərdən biri Yevlaxda, ikisi isə Bakıda baş tutacaq. Komandanın yoxlama matçlarındakı rəqibləri hələ müəyyənləşməyib.

0