[b]97 “kəbin”li[/b]
25.12.2015 - 12:16
[b]97 “kəbin”li[/b]

Topaz Premyer Liqasında iştirak edən komandalar bir tərəfdən transfer çalışmalarını davam etdirir, digər tərəfdən də müqavilə müddəti başa çatan futbolçularla danışıq aparır. Apasport.az saytının məlumatına görə, bu baxımdan “İnter”də vəziyyət daha qarışıqdı.

 

Yeni rəhbər dəyişikliyi edən “bankirlər”in düz 12 oyunçusunun artıq anlaşması başa çatıb. Bunlar Rauf Əliyev, Limam Seydi, Mirhüseyn Seyidov, Stepan Polyak, Fuad Bayramov, Səlahət Ağayev, Nizami Hacıyev, Dieqo Martins, Denis Silva, Xuan Fransisko, Elnur Abdullayev və İlkin Qırtımovdu.

 

Futbolçuları ilə yanvara qədər müqavilə bağlayan digər komanda isə “Zirə”di. Debütantın 2 üzvü artıq azad agent sayılır və komandaya lazım olmasa, yola salınacaq. Braziliyalı yarımmüdafiəçi Eduardo Makielin sözləşməsi bitibsə, yayda heyətə cəlb edilən və müqavilə ilə “Bakı”ya məxsus olan Nurlan Novruzovun da icarə müddəti başa çatıb.

 

Premyer Liqanın digər 8 klubunun isə bu baxımdan heç bir problemi yoxdu. Çünki onların heç bir oyunçusunun müqavilə müddəti ilin sonuna qədər deyil. “Qarabağ” Vladimir Dmitrovski, “Qəbələ” isə Fakundo Pereyra, Derlis Meza Kolli, George Floresku, Vüqar Nadirov və Vaqif Cavadovla yenidən əməkdaşlıqda maraqlı olmayıblar.

 

Əksər futbolçuların klublarla anlaşması mövsümün sonuna qədərdi. Bununla bağlı problemi olmayan yeganə komanda “Xəzər Lənkəran”dı. Çünki cənub təmsilçisi yaya qədər bu kluba məxsus olan Manuel Skarlatake və Rahid Əmirquliyevlə artıq yollarını ayırıb. Hazırda elita komandalarında ümumilikdə 97 futbolçunun sözləşməsi yaya qədərdi.

 

 

Topaz Premyer Liqasında çıxış edən klubların mövsümün sonunda müqavilə müddəti başa çatacaq futbolçuları bunlardı:

 

“Qarabağ” - Ansi Aqolli, Fərhad Vəliyev, Eltun Yaqublu, İlqar Qurbanov, Maksim Medvedev, Migel Madera, Əfran İsmayılov, Elvin Məmmədov, Namiq Yusifov, Raydell Pupon

“Qəbələ” - Andrey Popoviç, David Pietrzkeviç, Dmitri Bezotosnı, Ruslan Abışov, Arif Daşdəmirov, Samir Zərgərov, Asif Məmmədov, Aleksey Qay, Rəşad Sadiqov, Dodo

“Zirə” - Anar Nəzirov, Kamal Bayramov, Dieqo Qusmao, Nelson Bonilla, Rihairo Meulens, İqor İvanoviç, Luis Alberto Diez, Viktor İbekoyi,Yovan Krneta, Çimezi Mbah, Rəşad Abdullayev, Ruslan Poladov, Aleksandr Şemonayev

“Kəpəz” - Tərlan Quliyev, Şəhriyar Əliyev (hər ikisi "Qarabağ": icarə), Budaq Nəsirov ("Sumqayıt": icarə), Tadas Simatis, Eyyub Əliyev, Azad Kərimov, Tural Nərimanov, Məhərrəm Hüseynov, Tural Axundov, Rəşad Eyubov, Dario Federiko da Silva, Junior Osvaldo, Ceyhun Cavadov, Xəzər Qəribov, Elvin Cəbrayıllı, Murad Ağakişiyev, Şəhriyar Rəhimov, Kərim Diniyev, Julien Ebah, Aleksandr Sıtnik, Tural Rzayev, Ziyabil Məmmədov, Bəxtiyar Soltanov

“İnter” - Elşən Poladov, Georgi Lomaya, Ruslan Əmircanov, Laşa Salukvadze, Zurab Xizanişvili, Abbas Hüseynov, Laşa Kasradze, İvan Benites, Emilian Vila, Yuri Fomenko, Nika Kvekveskiri, Mirsahib Abbasov

“Neftçi” - Miçal Peskoviç, Jairo Filyo Rodriges

“Sumqayıt” - Tərlan Əhmədli, Tural Abbaszadə, Vurğun Hüseynov, Nodar Məmmədov, Emin Mehtiyev, Mikayıl Rəhimov, Tofiq Mikayılov, Aleksandr Çertoqanov, Mirzağa Hüseynpur, Uğur Pamuk, Pərdis Fərcad-Azad

AZAL - Aydın Qasımov, Aleksandr Quruli

“Rəvan” - Kostyantin Maxnovski, Şerrif Suma, Ruslan Tağızadə, Elvin Əliyev, Yamin Ağakərimzadə, Məmməd Quliyev, Elvin Həsənəliyev, Orxan Lalayev, Cəmşid Məhərrəmov, Rəşad Əzizli, Elçin İsmayılov, Vuqar Bəybalayev (“Bakı”: icarə), Tural Qürbətov ("İnter": icarə), Novruz Məmmədov (AZAL: icarə)

“Xəzər Lənkəran” – Yoxdu

 

Ruslan SADIQOV

0