[b]Topaz Premyer Liqasındakı “meymun”lar[/b]
25.12.2015 - 12:43
[b]Topaz Premyer Liqasındakı “meymun”lar[/b]

6 gündən sonra başa çatacaq 2015-ci ili “Meymun” qarşılayacaq. Apasport.az saytının məlumatına görə, ərəfəsində olduğumuz 2016-cı il “Qırmızı atəşli meymun” ilidi.

 

Şərq təqviminə əsasən, 12 müxtəlif heyvanı təcəssüm edən illər özü də 5 fərqli rənglə ifadə olunur. “Qırmızı atəşli meymun” ili Topaz Premyer Liqasının bəzi oyunçuları üçün də əlamətdar olacaq. Çünki 24 və 36 yaşını gələn il qeyd edəcək futbolçuların özləri də məhz “Meymun” ilində dünyaya göz açıblar. Düzdü, 1980-ci ildə bu ağ, 12 il sonra qara rəngdə olub.

 

Azərbaycan çempionatının cari mövsümünün ilk yarısında ehtiyatda “yatanları” nəzərə almasaq, 33 belə futbolçu meydana çıxıb. Onlardan ikisi “Ağ meymun”, 31-i “Qara meymun” ilində anadan olanlardı. İki veteran isə vaxtilə Azərbaycan millisində də oynamış Aleksandr Çertoqanovla Fərhad Vəliyevdi. Sonuncu “Qarabağ”ın ehtiyat oyunçular skamyasında qalıb, nadir hallarda meydana çıxırsa, Saşa hələ də “Sumqayıt”a fayda vermək iqtidarındadı.

 

“Meymun” ilində anadan olan nisbətən gənc 31 oyunçu arasında bütün turlarda iştirak edənlər də var. Murad Səttarlı AZAL-ın, Tarzin Cahangirovla Yovan Krieta “Zirə”nin, Tərlan Quliyev “Kəpəz”in  bütün matçlarında iştirak edib.

 

Bu adıçəkilən 6 oyunçudan başqa Elmin Çobanov, Kamil Hüseynov, Məhəmməd Bədəlbəyli (hamısı AZAL), Kənan Müsıümov, Məhəmməd Alıyev, Yamin Ağakərimzadə (hamısı “Rəvan”), Mirhüseyn Seyidov, Nika Kvekveskiri (hər ikisi “İnter”), Araz Abdullayev, Filyo Jairo Rodriges, Məhəmməd Qurbanov (hamısı “Neftçi”), Cavid Tağıyev, Elvin Yunuszadə, Qara Qarayev (hamısı “Qarabağ”), Andrey Popoviç, Ürfan Abbasov (hər ikisi “Qəbələ”), Luis Alberto, Mbah Çimezi, Nicat Qurbanov (hamısı “Zirə”), Ceyhun Cavadov, Rəşad Eyyubov, Şəhriyar Əliyev (hamısı “Kəpəz”), Amit Quluzadə, Bəxtiyar Həsənalızadə, Elnur Abdulov, Emin Mehdiyev (hamısı “Sumqayıt”), Sadio Tounkara (“Xəzər Lənkəran”) da “Meymun” ilində anadan alanlardı.

 

 

0